Haqqımızda

Haqqımızda

Provet Solutions MMC 03.05.2021-ci ildə fəaliyyətə başlamışdır. Biz Almaniyanın Miavit GMBH və Türkiyənin Aven Kimya şirkətlərinin Azərbaycandakı distribyutoru olaraq fəaliyyət göstəririk.Texniki heyət mütəxəssisləri ilə satışdan əvvəl və sonra texniki xidmət göstərməmiz sayəsində öz sahəsində ölkənin güclü şirkətləri arasında yer alırıq. Dünyanın ən keyfiyyətli qida qatqı maddələrinin və ümumiyyətlə baytarlıq preparatlarının Azərbaycana idxalı.

Missiyamız

Müştərilərimizə texniki dəstək verməklə, dünyanın ən keyfiyyətli məhsullarını inkişaf etdirməyi və bununla da davamlı müştəri məmnuniyyətini təmin edərək böyüməyi hədəfləyirik.

Vizyonumuz

Əldə etdiyimiz bilik, Beynəlxalq təcrübə və peşəkar yanaşmadan istifadə edərək müştərilərimizlə etibarlı və səmərəli ünsiyyət qurmaq, onların ehtiyac və tələblərinə ən yüksək keyfiyyət standartları çərçivəsində cavab verməkdir. Biz, təqdim etdiyimiz məhsul və xidmətlərlə yalnız cari ehtiyacları qarşılamağı deyil, eyni zamanda Azərbaycanın baytarlıq, qida təhlükəsizliyi və yem əlavələri sahəsində inkişafına töhfə verməyi özümüzə əsas məqsəd seçmişik.

Dəyərlərimizə sadiq qalaraq, sektorda innovativ yanaşmaları tətbiq edir, müştəri məmnuniyyətini uzunmüddətli tərəfdaşlıqların əsası kimi görür və ölkəmizdə bu sahənin davamlı inkişafı üçün çalışırıq.