Maye əlavələri

MiaPhos 5 LT

Güclü sümüklər

  • Sümüklərin minerallaşması və möhkəmlənməsi
  • Yumurta qabığının keyfiyyətinin artması
  • Daha gigiyenik içməli su

Skelet Problemi

Qanadlılarda, zəif performans və ölümə səbəb olan əsas problemlərdən ikisi – sümük demineralizasiyası və malformasiyasıdır. Mikroelementlərin və mineralların çatışmazlığı tez-tez həzm pozğunluğu ilə bağlı problemlərdən və ya istilik stressindən sonra baş verir. Qida çatışmazlığı, xüsusilə mineralların və iz elementlərinin olmaması; yemin keyfiyyətinin aşağı düşməsinə, böyümənin zəifləməsinə və yumurta qabığı keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

Həlli nədir?

MiaPhos qanadlılar üçün mineral əlavələrə yönəlmiş maye yem əlavəsidir. Bu məhsulun tərkibində mineral birləşmələr, iz elementləri və fosfor var. MiaPhos tərkibində hazır halda olan kalsium, fosfor və iz elementləri ilə mineralların həzm olunmasına kömək edir. Fosfor, kalsiumun sümük boşluqlarını yenidən doldurması və ehtiyat halında toplanması üçün vacib mineraldır . MiaPhos, tərkibi sayəsində həm qoruyucu, həm də kəskin sümük demineralizasiyası və malformasiyası zamanı istifadə edilə bilər. O, zəif performansın qarşısını alır və ayaq problemlərinə görə ölümləri azaldır.

MiaPhos quşların sümüklərini dəstəkləyir. Yumurtlayan toyuqlarda skelet sistemi qabıq əmələ gəlməsi prosesində kalsium ehtiyatı kimi fəaliyyət göstərir. Skelet sisteminin
sağlamlığı və struktur ölçüsü yumurta qabığınin keyfiyyəti üçün çox vacibdir. MiaPhos, yumurta qabığının formalaşması üçün; minerallar və iz elementləri baxımından sürətli və asanlıqla həzm olunan mənbədir. MiaPhos yumurta istehsalı üçün kalsium ehtiyatlarını doldurmağa kömək edir, həmçinin mikroelementlər, yumurta qabığının formalaşmasında iştirak edən enzim sistemini dəstəkləyir. Bundan əlavə sink; qabığın kalsium karbonatını meydana gətirmək üçün qabıq vəzindəki karbonat ionunu təmin edən karbon anhidrazının ko-faktorudur. Bu prosesi Vitamin D ilə dəstəkləmək isə nəticəyə müsbət təsir edir.

Tərkibi:
Ortofosfor turşusu, kalsium xlorid, mono natrium fosfat, Maqnezium

Fosfor                      9.7%
Kalsium                   3%
Maqnezium            1.25%
Natrium                  1%
Manqan                  2 500 mq
Mis                          2 500 mq
Sink                        1 800 mq

İstifadə qaydası:

3 – 5 gün ərzində   1000 Lt içmə suyuna  1-2 Lt qatılaraq verilməlidir.

Qablaşdırma: 

1 litr

5 litr