Miavit necə həll yolu təklif edir?
Miavit TS + NAT 500 yüksək dərəcədə tənzimlənmiş endo – 1,4-beta-ksilanaz və endo – 1,4-beta-qlükanazdan və 6- fitazdan ibarətdir. Yaxşı balanslaşdırılmış ferment fəaliyyəti sayəsində qidada geniş istifadə olunan Nişasta Olmayan Polisaxaridlərin əksəriyyətini təşkil edən pentozanların və beta-qlükanların qidalanma əleyhinə təsirlərinə qarşı mübarizəsi üçün çox uyğundur. Miavit TS + NAT 500, buğda, arpa, çovdar, tritikale, yulaf,
günəbaxan kimi Nişasta Olmayan Polisaxaridlər ilə zəngin komponentləri olan məhsulların qida dəyərini artırır. Aparılan təcrübələrdəki parametrlər göstərdi ki, qarğıdalı soya məhsullarında da əlavə enerji təmin edərək, aşağı maliyyətli yem hazırlanmasının çevikliyinə, amin turşularının həzm olunma qabiliyyətinə müsbət təsir göstərir və real qənaət təmin edir.
Taxılların həzmolunma qabiliyyətini artıraraq daha yüksək performanslı yetişdirmə qabiliyyətini artırır
Bu gücləndirilmiş həzm qabiliyyəti, böyüməni və digər məhsuldar fəaliyyətləri təşviq etmək üçün nazik bağırsaqda enerji mövcüdluğunu artırmağa imkan verir.
Tərkibindəki yeni nəsil fitaz mənbəyi ilə 30%-ə qədər daha az fosfor, 60%-ə qədər daha az sink itkisini təmin edir və aşağı keyfiyyətli yemlərdə yem çevrilmə dəyərini yaxşılaşdırır. Daha az yem tələbi, daha az sərfiyyat və daha yüksək məhsuldarlıq təmin edir.
1 kq üçün əsas tərkib hissəsi (komponent):
Endo 1.4 beta ksilanaz 3.2.1.8 ( Aspergillus niger ) 250 000 000 TGU
·Endo 1.4 beta-qlükanaza 3.2.1.4 ( Aspergillus niger ) 560 000 000 TXU
·6-Fitaza EC 3.1.3.26 ( Aspergillus niger ) 2 500 000 000 FTU
1 Aspergillus niger ( CBS 1097138 DSM 18404)
2 Aspergillus niger ( DSM 25770 )
İstifadə dozası:
Broyler 1 ton yemə 1 kq əlavə edilərək verilməlidir
Digər qanadlı 1 ton yemə 600-700 qr əlavə edilərək verilməlidir.
Bir baxışda:
Təkmilləşdirilmiş həzm qabiliyyəti
Ucuz maaliyyətli enerji mənbəyi
Uzunmüddətli heyvan sağlamlığı və performansı
Gübrə keyfiyyətinin yaxşılaşması