Quşlarda malasorbsiya sindromu və zəif həzm problemlərinə qarşı tamamlayıcı maye qarışıq.
1 Litr üçün əsas tərkib:
Vitamin A 50 000 000 İU
Vitamin D 5 000 000 İU
Vitamin C 50 000 mq
Vitamin E 30 000 mq
Vitamin K3 5 000 mq
İstifadəsi:
- Zəif performans hallarında
- İmmun sistemi gücləndirir
- Dərini və selikli qişanı qoruyur və bərpa edir
- Kalsium və fosfor mübadiləsini tənzimləyir
- Optimal hüceyrə qorunması üçün antioksidant təsir göstərir
- Dimdik kəsilmədən əvvəl və sonra qanaxmanın qarşısının alınmasında istifadə olunur
Tövsiyə edilən istifadə ölçüsü:
Qanadlılarda: 3-5 gün hər 1000 Litr içməli suya 1-3 litr AD3ECK
Yumurtadan çıxdıqdan sonra ilk 2 həftə ərzində istifadə edilməsi məsləhət görülür.
İstifadə etməzdən əvvəl baytar rəyi almaq tövsiyə olunur.
Ümumi Məlumat:
Məhsulun təhlükəsizliyinə yalnız müvafiq saxlama şəraitində zəmanət verilir. Hər istifadədən sonra qablaşdırma möhkəm bağlanmalıdır. Qaranlıq, quru və sərin mühitdə saxlanmalıdır. İstifadədən əvvəl yaxşı çalxalanmalıdır. Suda həll edilərək istifadə edilməlidir. İnsan istifadəsi üçün uyğun deyildir.
Qablaşdırma:
1 litrlik PL şüşə
5 litrlik PL bidon
Tələb olduqda digər ölçülər də təmin edilir.